Həftəsonları dükan və apteklər də bağlana bilər

 19:42 03.06.2020     1832

"Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub".

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır:

"Apteklərin məsələsi müzakirə olunur. İki gün üçün insanlar tədarüklərini görməlidirlər".