Qaxa dolu yağıb - VİDEO

 00:30 04.06.2020     1807

Bu gün Qax rayonu ərazisində hava şəraiti kəskin dəyişib.

Redaktor.az-ın məlumatına görə, rayonun Almalı kəndinə dolu yağıb.

Təxminən 5 dəqiqə davam edən dolunun diametri 5-20 millimetr olub. Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və bəzi rayonlara ildırımla müşahidə olunan leysan yağışları yağıb və dolu düşüb. / Report