Azərbaycanda yenidən zəlzələ oldu

 23:44 03.06.2020     384

İyunun 3-də Cəlilabad stansiyasından 33 kilometr şimal-qərbdə Biləsuvar rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:09-da qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün Qax rayonu ərazisində də zəlzələ olub.