Daxili İşlər Nazirliyi Şəkidə əməliyyat keçirib - Saxlanılan var

 12:26 04.06.2020     4251

Şəki sakinindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini R.Əliyevin evinin zirzəmisindən “Naqan” markalı tapança, “İJ” markalı yivli tüfəng və 41 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Faktala bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən