Qobustanda ağır yol qəzası baş verib - Ölən var

 12:30 04.06.2020     7971

Qobustanda minik avtomobili yük avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinindən (DİN) Redaktor.az-a verilən məlumata görə, iyunun 3-də saat 18 radələrində Qobustan şəhəri ərazisində Çalov kənd sakini G.Günəşovun idarə etdiyi “VAZ-2107” və Şamaxı rayon sakini E.Əliyevin idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə G.Günəşovun sərnişini, şəhər sakini Şamil İsrafilov hadisə yerində ölüb.

Qobustan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən