Ölən şəxslərin məcburi koronavirusdan öldüyü yazılır? - RƏSMİ AÇIQLAMA

 17:42 04.06.2020     884

"Sosial şəbəkələrdə yayılan şayələr vətəndaşların inamsızlığına şərait yaradır".

Redaktor.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib:

“Guya hər hansı ölmüş şəxsə təcili tibbi yardım xidmətindən onların COVİD-19-dan ölməsi barədə təklif verilir. Bu, tamamilə əsassızdır, müvafiq qurumlar tərəfindən araşdırılıb. COVİD-19 diaqnozunun qoyulması üçün müvafiq elektron sistem var, bura müdaxilə mümkün deyil ”.

R. Bayramlı təcili yardım həkiminin koronavirusdan vəfat etməsi ilə bağlı məsələnin araşdırıldığını və tamamilə yalan olduğunu deyib.

"İşimizi şəffaf şəkildə həyata keçiririk və bütün məlumatları ictimaiyyətə açıqlayırıq".