Günel Anarqızı “Sevilənlər sevənlər”in qonağı olub

 19:42 20.06.2020     2242

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı  Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı olub. Canlı yayıma 1359 nəfər izləyici qoşulub. 

Redaktor.az xəbər verir ki, Günel Anarqızı ilk növbədə ölkəmizdə son günlərdə müşahidə edilən yüksək yoluxma sayı ilə əlaqədar elan edilən sərtləşdirilmiş karantin rejimi haqqında danışaraq, xalqımızı məsuliyyət nümayiş etdirməyə, qoyulan qaydalara riayət etməyə səsləyib. Daha sonra karantin müddətində kitab sifarişi və çatdırılması sahəsində müşahidə edilən müsbət dinamikasından danışıb. Bundan əlavə qonaq, ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində baş verən yeniliklər haqqında da dəyərli fikirlər söyləyib. Canlı yayımda Günel Anarqızı yaradıcılığına dair sualları cavablandırıb, müəllifi olduğu “Qarabağ hekayələri” kitabı, son günlərin hadisələrinə həsr olunmuş yazıları haqqında məlumat verib. 

İstifadəçilər yayıma https://www.instagram.com/p/CBle5rwlkQS/ linki vasitəsilə baxa bilərlər.