İspaniyada karantindən sonra ilk konsert - Bitkilər üçün...

 15:34 23.06.2020     2347

İspaniyanın Barselona şəhərindəki "El Liceu" operası COVID-19 səbəbi ilə üç aydır konsertləri dayandırmışdı. Ölkədə karantin tədbirləri yumşaldıldıqdan sonra ilk konsert isə çiçək və bitkilərə verilib.

Redaktor.az xəbər verir ki, konsert salonunda 2 min 292 oturacağa bitkilər qoyulub. Konsertdən sonra bitkilərin hər biri COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinə verilib.

"El Liceu" operasının konserti internetdə canlı yayımlanıb.

Qeyd edək ki, epidemiya səbəbiylə İspaniyada ən az 28 min adam həyatını itirib.

Sevda Ulutau / Redaktor.az