“Sevilənlər sevənlər”in növbəti qonağı Məlahət Abbasova olub

 14:18 29.06.2020     3940

Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı Əməkdar incəsənət xadimi, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini, Azərbaycanlı aktrisa Məlahət Abbasova olub.

Redaktor.az xəbər verir ki, canlı yayımaqoşulan aktrisa Türkiyədə davam edən pandemiya ilə bağlı məlumat verərək, karantində mütaliəyə, yaradıcı axtarışlara daha çox yer ayırmaq imkanına malik olduğunu dilə gətirib. Aktrisa, izləyicilərin sualları əsasında kinoda və teatrda ilk rollarından söhbət açıb, Rasim Balayev, Safurə İbrahimova, Muxtar Maniyev kimi korifeylərlə olan xatirələrindən danışıb.

Söhbət əsnasında, teatr və kino sənətinin maraqlı parelelləri aparılıb, həm kino, həm də teatr sənətinin incəliklərindən söhbət açılıb. Məlahət  Abbasova Türkiyədə aparılan serial çəkilişləri haqqında danışaraq, qardaş ölkədə kino çəkilişlərinin maraqlı nüanslarından bəhs edib. Aktrisa məşhur türk serialı “Min bir gecə” serialına dəvət olunmasından, yaratdığı obrazın yüksək dərəcədə rəğbət qazanması sayəsində serialın ssenarisində baş verən dəyişikliklər haqqında ilk dəfə canlı yayımda məlumat verib. Öz fəaliyyətində Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafına geniş yer verən, bu sahədə nümayiş etdirdiyi vətənpərvərliyi ilə həmişə ön sıralarda olan Məlahət  Abbasova Türkiyə teatr səhnəsində olan rejissorluq fəaliyyətindən H. Cavidin “İblis”, E.Əfəndiyevin “Şekspir” və s. bu kimi əsərlərin səhnələşdirilməsindən danışıb.  

İstifadəçilər canlı yayıma aşağıdakı linklər vasitəsilə baxa bilərlər:

https://www.instagram.com/p/CB_Ojd0CGux/,   https://www.instagram.com/p/CB_TQQIilnU/