30 iyun Sevgililər Gününə mahnı həsr olundu - VİDEO

 11:49 30.06.2020     4540

Tanınmış müğənni Tacir Şahmalıoğlu 30 iyun Sevgililər Günü ilə bağlı mahnı ifa edib.

Redaktor.az xəbər verir ki, “İlahi sevgi” adlanan mahnının sözləri yazıçı-publisist Seymur Şeydayevə, musiqisi isə Səyyad Allahverdiyevə məxsusdur.

Xatırladaq ki, neçə illərdir 30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur.

Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.