Azərbaycan filmində çəkilən rus aktyor öldü

Rusiyanın Əməkdar artisti, aktyor Viktor Proskurin 68 yaşında vəfat edib.
Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə onun həyat yoldaşı İrina Xonda yazıb.
Aktyorun ölüm səbəbi hələ məlum deyil.
Qeyd edək ki, V. Proskurin Rasim Ocaqovun 1991-ci ildə çəkdiyi “Qətldən yeddi gün sonra” filmində "Şurik" rolunu canlandırıb. //APA