AzTV-də 40-a yaxın yeni veriliş açılıb

 12:36 01.07.2020     646

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2019-2020-ci il mövsümünün hesabatını təqdim edib. 

Redaktor.az-ın məlumatına görə, ötən mövsümdə təkcə AzTV-də 40-a yaxın yeni veriliş açılıb.

Bu verilişlərdən 4-ü xüsusi pandemiya dövründə ərsəyə gəlib. “#Evdəqal”, “Gündəlik”, “Koronavirusİnfo” verilişləri karantin dövründə əhalini maarifləndirmək, “Eyvana çıx” verilişi isə evdə qalan insanların vaxtını daha səmərəli və maraqlı keçirmələri məqsədilə hazırlanıb. Bundan başqa 25-dən çox sosial çarx, 40-a yaxın bədii, sənədli film hazırlanıb. Həmin filmlərə iki hissəli “Zəng” komediyası, “Son gecə”, “Sonuncu”, “Yada saldıqda səni”, həmçinin, “Məmləkətim”, “Şəhərin iç sədası”, “Kəlağayı”, “Şəhidlər”, “Xocalı yol gözləyir”, “Ana və poçtalyon”, “Polkovnikin əmanəti”,  “Torpaq”, “Bir dəniz hünər”, “Qoca qartalın əbədi uçuşu”, “Xalça”, “Qəlb şairi”, “Yuxu kimi”, “Yarımçıq nəğmə” və digərlərini misal göstərmək olar. Hazırda Xurşidbanu Natəvan və Əbdürrəhim bəy Haqverdiyevlə bağlı, “Millət dostları” adlı filmlər üzərində isə iş gedir.