Prezident görkəmli şair Əmir Pəhləvana ev verdi

 23:43 03.07.2020     27156

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana mənzil bağışlayıb.

Redaktor.az-ın məlumatına görə, Əmir Pəhləvana 4 otaqlı mənzilin sənədləri təqdim olunub.

Xatırladaq ki, Əmir Pəhləvan 70 kitabın, 15 filmin, 2 teatr tamaşasının müəllifidir. Dünyanın bir çox nüfuzlu mükafatlarının sahibidir. 40 kitabı Avropada, Amerikada, Almaniyada, Avstryada və başqa xarıcı dövlətlərdə nəşr olunub.

"Azərbaycan xalqının xoş güzəranı namınə keçirilən islahatların uğurla davam etdiyi bir dönəmdə mənə və ailəmə edilən bu diqqət və qayğını yüksək dəyərləndirirəm, çoxsaylı oxucularım və tamaşaçılarım adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə və ədəbiyyatına etdiyim xidmətlərin müqabilində verilən bu sərəncam məni yeni həyat sevgisi ilə yeni ruhda, yeni enerjidə yazıb yaratmağıma sövq edir. Bu qiymətsiz hədiyyə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə mütamadi olaraq göstərilən diqqət və qayğının növbəti tərkib hissəsidir", deyə Əmir Pəhləvan bildirib.