İradə Əlili “Sevilənlər sevənlər”in qonağı olub

 12:33 07.07.2020     1170

Respublika Gənclər Kitabxanası elm, mədəniyyət, incəsənət xadimləri, xalqın sevimli nümayəndələri ilə onlayn görüşləri davam etdirir. Bu dəfəki görüşün qonağı isə  mədəniyyət işçisi, AMEA-nın dissertantı, ictimaiyyətçi, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İB-nin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili olub.

Redaktor.az xəbər verir ki, yayıma 1293 nəfər izləyici qatılıb. İradə Əlili ilk növbədə ölkəmizdə elan edilən sərtləşdirilmiş karantin rejimi haqqında danışaraq, xalqımızı birlik nümayiş etdirməyə, qoyulan qaydalara riayət etməyə səsləyib, dünyanı ağuşuna almış bu bəlaya yalnız məsuliyyət nümayiş etdirməklə qalib gələ biləcəyimizi vurğulayıb.

Daha sonra qonaq kitabxanaçılıq sahəsində olan fəaliyyəti haqqında geniş məlumat verib, Mədəni-Maarif Texnikumunda, Kitabxanaçıların İxtisas Artırma kurslarında pedaqoji fəaliyyətindən bəhs edib. Yayımda İradə Əlili yaradıcılığına dair sualları cavablandıraraq, müəllifi olduğu “Xocalı şahidləri danışır” kitabı haqqında məlumat verib. 

İstifadəçilərinin çoxsaylı istəklərini nəzərə alaraq,  şairə son günlərdə qələmə aldığı “Yorulmuşam” şerini səsləndirib.

İstifadəçilər yayıma https://www.instagram.com/p/CCT0XXXCFQj/ linki vasitəsilə baxa bilərlər.

Bundan başqa, Respublika Gənclər Kitabxanasının əməkdaşları İradə Əlili haqqında video çarx və virtual sərgi hazırlayıblar. Bu materialları ttps://www.instagram.com/p/CCQwRhchPA-/ və https://www.instagram.com/p/CCSvLw3hbTH/ linkləridən əldə edə bilərsiniz. 

Vumart və Güvən reklamı Vumart Güvən