Azərbaycanlı rejissorun filmi Venesiya festivalında - FOTO

Venesiya kinofestivalı iyulun 28-də keçirdiyi onlayn mətbuat konfransında proqramı açıqlayıb, filmləri anons edib.
Redaktor.az xəbər verir ki, əsas müsabiqəyə 18 layihə daxil olub ki, onlardan biri rejissor Hilal Baydarov tərəfindən çəkilmiş “In Between Dying” adlı filmdir.
Venesiya kinofestivalının rəsmi saytında qeyd olunur ki, “In Between Dying” filmi Azərbaycanla ABŞ-ın birgə istehsalıdır. Ekran işində baş rolları Orxan İsgəndərli, Rəna Əsgərova, Məryəm Nağıyeva, Mürvət Əbdüləzimov, Kamran Hüseynov və Samir Abbasov ifa edir.
H. Baydarovun filminin premyerası 2-12 sentyabr tarixlərində keçiriləcək Venesiya kinofestivalında olacaq. Münsiflər heyətinə məşhur avstraliyalı aktrisa Keyt Blanşett başçılıq edəcək. //Qafqazinfo.com
