“Sevilənlər, sevənlər”də Şərif Ağayarla görüş keçirilib

 15:16 29.07.2020     865

Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikasının növbəti qonağı yazıçı-publisist Şərif Ağayar olub.

Redaktor.az xəbər verir ki, “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1737 nəfər istifadəçi qatılıb. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib.

Canlı yayımın ilk dəqiqələrində Şərif Ağayar birinci növbədə uşaqlıq illərində kitabxana ilə tanışlığından, mütaliəyə hədsiz bağlılığından söhbət açıb, kitab və kitabxana ilə bağlı yaşadığı maraqlı hadisələri dilə gətirib. Sonradan müsahib mütaliə, kitab təğliğatı mövzusunda dəyərli fikirlər söyləyib. Qonaq şəxsi təcrübəsindən çıxığ edərək, iştirakçısı olduğu Tehran, İstambul kitab sərgi və yarmarkalarından, orada olan kitaba münasibətdən söhbət açıb. Müsahib yaradıcılığının ilk dövrələrindən, mətbuat orqanlarında baş redaktor vəzifəsindən çalışmasından, jurnalistikanın həmişə paralel olaraq yaradıcılığı ilə birgə addımlamasını qeyd edib. 

Şərif Ağayar izləyicilər ilə Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri kimi karifeylərimiz ilə olan xatirələri də bölüşüb.

O, daha sonra izləyicilərin ona ünvanladığı sualları da cavablandırıb.

İstifadəçilər yazıçı Şərif Ağayar ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CDMeb0YhFwB/ linkı vasitəsilə baxa bilərlər.
 

Vumart və Güvən reklamı Vumart Güvən