Bu gün Azərbaycanda Milli Kino Günüdür

 14:35 02.08.2020     759

Bu gün Azərbaycanda Milli Kino Günüdür.

Redaktor.az xəbər verir ki,1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib. Həmin gün Azərbaycanda milli kinonun yaranma günü sayılır.

"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda nef fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.

18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  Sərəncamı ilə avqustun 2-si tarixi kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.