"Dünya şöhrətli azərbaycanlılar” aksiyasına start verildi

 15:03 12.08.2020     1241

Azərbaycanın tarixində yüzlərcə parlaq şəxsiyyətləi olub. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Həmin  şəxsiyyətlərin əməlləri tarixi hadisələrin, dünya elminin, mədəniyyətinin və s. gedişinə təsir göstərib. Azərbaycan xalqı daim böyük dahilər, dünya miqyasında şöhrət tapan şəxsiyyətləri ilə qurur duyub. 

Redaktor.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya şöhrətli azərbaycanlılar” aksiyasına start verib. Aksiyanın məqsədi insanları dahi şəxsiyyətlərlə tanış etməkdir. Yeni başlamasına baxmayaraq, artıq kitabxananın sosial şəbəkə səhifələrində  dünyaca məşhur azərbaycanlılar  haqqında video çarxlar və virtual sərgilər hazırlanıb.

Bütün materiallar kitabxananın əməkdaşları tərəfindən geniş araşdırmalar, dəqiq faktlar əsasında hazırlanıb. Video çarx və virtual sərgilərin əsas məqsədi bu və ya digər görkəmli şəxslər haqqında yalnız məlumat vermək deyil, həmçinin həmin şəxsiyyətlərin beynəlxalq aləmdə tanınması və Azərbaycanı tanıtması haqda məlumatlar sərgiləməkdir.

İstifadəçilər sözügedən materialları kitabxananın "Instagram" və "Facebook" səhifələrindən izləyə bilərlər.

 

Vumart və Güvən reklamı Vumart Güvən