Bəxtiyar Vahabzadənin 95 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb
16 avqust Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası virtual sərgi tərtib edib.
Redaktor.az xəbər verir ki, sərgidə Azərbaycan şairi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı, SSRİ Dövlət mükafatı laureatı, M.F.Axundov adına ədəbi mükafatın laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili, "İstiqlal" ordenli Bəxtiyar Vahabzadənin həyat və yaradıcılıq tarixləri, mükafatları, xatirəsinin əbədiləşdirilməsi barədə əhatəli məlumat verilib.
Şairin əsərləri, xaricdə çap olunmuş kitabları, onun haqqında Azərbaycan və xarici dildə çap olunmuş kitablar, dövri mətbuatda haqqında olan məqalələr də virtual kitab sərgisində öz əksini tapıb. Sərgidə həmçinin Bəxtiyar Vahabzadənin fotoqalereyasına da yer ayrılıb.
Bundan əlavə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Bəxtiyar Vahabzadənin “Təklik” və “Ürək” şeirlərinə videoçarx da hazırlayıb.
Sözügedən materialları https://www.instagram.com/p/CD3MbUgBOqZ/ və https://www.instagram.com/p/CD3Qi-6h7dd/ linkləri vasitəsilə izləyə bilərsiniz.












