Azərbaycan mədəniyyətinə ağır itki - O, vəfat etdi... / SON DƏQİQƏ

 11:17 17.08.2020     2001

İtaliyada vəfat edən azərbaycanlı vokalçı Eldar Əliyev Bakıda dəfn ediləcək.

Mədəniyyət Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, mərhum vokalçının dəfn mərasimi hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçiriləcək. 

Qeyd edək ki, öz böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib. //APAİtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn ediləcək

SON DƏQİQƏ: Belarus hökuməti istefa verdi

 11:51 17.08.2020     2595

Belarus hökuməti prezident seçkilərinin rəsmi olaraq qalibinin elan edilməsindən əvvəl istefaya gedib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət agentliyi olan BELTA məlumat yayıb.

Konstitusiyasının 106-cı maddəsinə və "Belarus Respublikasının Nazirlər Şurası haqqında” qanunun 9-cu maddəsinə uyğun olaraq hökumət yeni seçilmiş dövlət başçısına istefasını təqdim edib.

Bundan əvvəl Lukaşenko hökumətin sonrakı fəaliyyəti ilə bağlı sənədləri dərhal hazırlamağı tapşırıb. Həmin vaxt o, əsasən hökumətin formalaşdığını, eyni zamanda bəzi nüansların ola biləcəyini də istisna etməyib.

Ölkə müxalifəti isə Lukaşenkonun istefasını tələb edir. //Azxeber.com

Vumart və Güvən reklamı Vumart Güvən