Elxan Şirinovun doğum günüdür - VİDEO
Bu gün Əməkdar artisti, müğənni Elxan Şirinov doğum günüdür.
O,1963-cü ilə İmişli rayonunda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alan Elxan Şirinov 30 yaşında dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi adını alıb.
Hazırda filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və Amerikaşünasdır.
Musiqi sahəsinə 90-cı illərdə gələn Elxan Şirinov "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" lirik mahnıları ilə Azərbaycan xalqının sevgisini qazanıb.
Redaktor.az kollektivi adından Elxan Şirinovu təbrik edir, ona uzun ömür can sağlığı arzu edirik.