Tovuz hadisələrinə həsr olunan bölmə yaradıldı - Gənclər Kitabxanası

 15:37 01.09.2020     445

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz rəsmi internet səhifəsində (www.ryl.az) Tovuz hadisələrinə həsr olunan “Onlar Vətən yolunda canlarından keçdilər-Tovuz şəhidləri” adlı xüsusi bir bölmə yaradıb.

Redaktor.az xəbər verir ki, bu bölmədə Tovuz rayonu ərazisində gedən döyüşlər günbəgün baş verən bütün hadisələrin təsviri ilə istifadəçilərin diqqətinə çatdırılır. Sözügedən bölmədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat, Tovuz döyüşlərinin başlanması və gedişatı, döyüşdə qəhrəmancasına həlak olan şəhidlərimiz haqqında ətraflı məlumat, döyüşlər nəticəsində əraziyə dəyən ümumi ziyan və s. haqqında geniş məlumat verilib. Burada Tovuz döyüşlərinə dünya miqyasında nümayiş etdirilən münasibət, dünyanın və ölkənin ayrı-ayrı ərazilərində baş verən dəstək mitinqləri, Ermənilərin işğalçı mövqeyini təsdiq edən dünya ölkələri haqqında məlumatlar da verilib. İstifadəçilərimiz bu bölmədən yararlanaraq Tovuz döyüşləri haqqında qısa zaman kəsiyində çox ətraflı və dolğun məlumat almaq imkanına malikdirlər. Bölmədə yazı materialları ilə yanaşı Tövuz döyüşlərində rəşadətlə həlak olmuş şəhidlərimizin şəkilləri və dəfn mərasimlərinin foto görüntüləri də təqdim edilir.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan “Onlar Vətən yolunda canlarından keçdilər-Tovuz şəhidləri” bölməsinə bu http://ryl.az/tovuz_hadiseleri.html link vasitəsilə baxa bilərlər.