Seyman Aruz “Sevilənlər, sevənlər”in qonağı olub

 11:44 03.09.2020     459

Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında evdən təşkil etdiyi növbəti görüşün qonağı  yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Seyman Aruz olub.

Redaktor.az xəbər verir ki, “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1700-dən çox istifadəçi qatılıb. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, kitab təbliğatı, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib.

Canlı yayımın ilk dəqiqələrində S. Auz birinci  növbədə mütaliəyə hədsiz bağlılığından söhbət açıb, kitab və kitabxana mühitində, vərəqlər, əlyazmalar içərisində özünü xeyli məsud hiss etməsini dilə gətirib. Sonradan müsahib mütaliə, kitab təğliğatı mövzusunda dəyərli fikirlər söyləyib. S. Aruz Güney və Quzey Azərbaycan ədəbiyyatı, mədəniyyəti, kitab təbliğatı arasında maraqlı paralellər aparıb, Təbriz mühitində yetişən, yazıb yaradan ədəbiyyat nümayəndələrinin adını çəkib. Söhbət zamanı qonaq İmadəddin Nəsimi, Nizami Gəncəvi, Xəqani Şirvanı, Məmmədhüseyn Şəhriyar kimi görkəmli ədəbiyyat nümayəndələrinin həyat və yaradıcılığından, əsərlərindən misal gətirərək onları Azərbaycan ədəbiyyatına bəxş etdikləri zəngin ədəbiyyat xəzinəsini, təcrübəni Azərbaycan xalqının zinəti olduğunu söyləyib.

Qonaq son illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin təşəbbüsü ilə ölkəmizdə Cənub Azərbaycan yazarlarının 35 kitabının, Tehranda, Təbrizdə, Urmiyada və Ərdəbildə isə 150-dən çox Anar, Elçin Əfəndiyev, Kamal Abdulla, Fikrət Qoca, Şərif Ağayar, Sevinc Pərvanə, Nuranə Nur, Qəşəm Nəcəfzadə və s. kimi  Azərbaycan yazarlarının kitablarının çap olunmasını və bu prosesin günü bu gün də davam etdirildiyini qeyd edib.

Canlı yayım zamanı müsahib izləyicilərin ona ünvanladığı sualları cavablandırıb, ən sonuncu yazdığı şeri onlar üçün səsləndirib. Aparıcı Günay Həsənovanın “Seyman Aruzu ayaqda saxlayan həyat devizi nədir?” sualına müsahib belə cvab verib: “Məni bu həyata bağlayan Vətən sevgisi, doğma Azərbaycanımdır”.

Sonda aparıcı yazıçı-şair S. Aruza maraqlı müsahibəyə görə öz təşəkkürünü bildirib, onu kitabxanalarında qonaq qismində görməkdən məmnun olacaqlarını söyləyib.

İstifadəçilər yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Seyman Aruz ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CEpLMLNi79z/ linkı vasitəsilə baxa bilərlər.