Azərbaycanlı aktyorlar Venesiyada qırmızı xalıda - FOTOLAR

 23:12 11.09.2020     85

Azərbaycanlı rejissor Hilal Baydarovun “In Between Dying” filmi (“Səpələnmiş ölümlər arasında”) Venesiya Film Festivalına qatılıb.

Redaktor.az-ın məlumatına görə, filmin rejissoru Hilal Baydarov, quruluşçu operatoru vә prodüseri Elşәn Abbasov, baş rol ifaçıları Orxan isgəndərli, Rəna Əsgərova bu gün festivalın qırmızı xalısına çıxıb. Onları festivalın direktoru Alberto Barbera müşayiət edib.

Qeyd edək ki, Azərbaycan filminin premyerası 2-12 sentyabr tarixlərində keçirilir. Azərbaycanla ABŞ-ın birgə istehsalı olan ekran işində Məryəm Nağıyeva, Mürvət Əbdüləzimov, Kamran Hüseynov və Samir Abbasov da çəkiliblər.

“In Between Dying” əsas müsabiqəyə daxil olan 18 layihədən biridir.

Azərbaycanlı rejissor və aktyorlar Venesiyada qırmızı xalıda