Məşhur aktrisa intihar etdi - FOTO

 18:05 16.09.2020     269

Yaponiyalı aktrisa Sey Asina Tokiodakı mənzilində ölü tapılıb.

Redaktor.az xəbər verir ki, meneceri və şəhər polisi ulduzun intihar etdiyini təsdiqləyib. Asinanın intihar səbəbi məlum deyil. O, ölümündən əvvəl intihar məktubu yazmayıb.

Aktrisanın cəsədini ilk olaraq qardaşı tapıb. O, Seinin bazar günündən mesajlara və telefon zənglərinə cavab verməməsindən narahat olub.

Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, əsl adı İqaraşi Aya olan aktrisa 1983-cü ildə anadan olub və Yaponiyada böyüyüb. 2007-ci ildə “İpək” tarixi dramında əsas rollardan birini ifa etməklə o, daha da məşhurlaşıb. //Oxu.az