Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək

 03:25 18.09.2020     240

Sentyabrın 21-də Moskva Beynəlxalq Musiqi Evində SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunan konsert keçiriləcək.

Redaktor.az "AzərTac"a istinadən xəbər verir ki, proqrama əfsanəvi müğənninin repertuarından “Mavi əbədiyyət”, “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Melodiya” və digər mahnılar daxil edilib.

Mahnıları “Rus Filarmoniyası” Moskva Simfonik Orkestri müşayiəti ilə Nikolay Ryabuxa səsləndirəcək. Orkestrə Sergey Tatarin dirijorluq edəcək.