Rahib Azəri: “O dünyada Üzeyir bəyi görsəm, nə soruşacağımı bilmirəm...” - VİDEO

 17:10 18.09.2020     433

Azərbaycanda Milli Musiqi Günü qeyd edilir.

Redaktor.az xəbər verir ki, 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəyli anadan olub. Yazıb-yaratdığı zaman kəsimində inanılmaz uğurlara imza atan Ü. Hacıbəyli “Leyli Məcnun” operası ilə nəinki Azərbaycanda, hətta Şərqdə bu janrın bünövrəsini qoydu. Bu sual hər zaman aktual olub: görəsən, Üzeyir Hacıbəyli olmasaydı Azərbaycan musiqisində nə baş verərdi və ya ümumiyyətlə, nəsə baş verərdimi...?

Bəstəkarın yaradıcılıq fəaliyyəti nə qədər faydalı və məhsuldar olubsa, yaşadığı həyatı bir o qədər gərgin və keşməkeşli olub. Ağır represiyalardan sözün bütün mənalarında salamat çıxan Ü. Hacıbəylinin Stalinlə görüşündən tutmuş, xalq düşməninin oğluna göstərdiyi qayğıya qədər hər şey qorxu və ölümə daha çox yaxın olub.

- Stalin onu niyə yanına çağırmışdı?

- Mircəfər Bağırovun Hacıbəylinin sağ qalmasında xidməti olubmu?

- Bacanağı,M. Maqomayevlə küslü qalmalarının səbəbi nə idi?

Tanınmış radio aparıcısı Rahib Azəri AXC TV-də bütün bu sualları cavablandırıb.