Plasido Dominqo Rusiyanın “Bolşoy teatr”ında çıxış edəcək

 06:08 22.10.2020     227

İspaniyanın tanınmış opera müğənnisi Plasido Dominqo Rusiyanın “Bolşoy teatr”ında çıxış edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Katerina Novikova deyib.

Bildirib ki, maestro “Bolşoy teatr”da səhnəyə qoyulan Cakomo Puççininin “Manon Lesko” operasına dirijorluq edəcək.

Qeyd edək ki, Plasido Dominqo əvvəllər də Rusiyada olub. Onun ilk dəfə 1974-cü ildə bu ölkəyə əfsanəvi “La Skala” teatrı ilə gəlişi böyük hadisəyə çevrilmişdi. //TASS