Zirvədə qalsın! - Bayraq gününüə həsr olunur
Gəzirəm qürurla şəhəri bu gün,
Sanki işıqlanıb şəhərim mənim.
Zəfər qələbəsini duyuram bu gün,
Bayrağım yüksəlib hər yerdən mənim.
Baxdıqca ürəyim sığmır köksümə,
Sevinclə açılıb səhərim mənim.
Sevirəm bayrağı , qürur duyuram,
Üzlərdə təbəssüm parlayır, yanır.
Xalqımdan güc alıb, məğrur dururam,
Bayrağım qızıl tək parlayır, yanır.
Göylərdə misilsiz işıq yaranır.
Göy rəngin göytürkdən yadigar qaldı,
Şəhidlər qanından qırmızı oldun,
Yaşıl rəng dinimi, imanı yaydı,
Dünyanın ən uca bayrağı kimi,
Dünyanın ən gözəl duyğusu kimi
Könüllər fəth edib, ürəyə doldun.
Nərgizəm, arzumdur bayrağım mənim,
Zirvədən-zirvəyə qalxsın, ucalsın.
Üçrəngli bayrağım qürur mənbəyim,
Gözəl Qarabağda qoy dalğalansın,
Bayrağım hər zaman zirvədə qalsın.
.jpg)
Nərgiz Mirzəyeva - 297 saylı məktəbin 7-ci sinif şagirdi.












