"Gölgə"nin aktyoru koronavirusdan vəfat edib - FOTO

 01:17 12.11.2020     724

"Gölgə" tamaşalarının Türkiyədəki son ustalarından biri, ömrünü "Hacivat və Qaragöz"ü yaşatmağa həsr edən kuklaçı aktyor Mahmut Hazım Kısakürek koronavirusdan vəfat edib.

Redaktor.az xəbər verir ki, 66 yaşlı aktyor uzun illər Ankara Sənət və Ankara Birlik Teatrlarında çalışıb.

1969-cu ildən teatr sənəti ilə məşğul olan mərhum aktyor, həyatını unudulmağa doğru gedən "Hacivat və Qaragöz" gölgə oyununa həsr edib.

"Qaragöz" gölgə oyunu ilə Türkiyəni bir çox Beynəlxalq Festivallarda təmsil edən Mahmut Hazım Kısakürek, Adana Teatr Dərnəyi və Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrının da qurucularından biri olub.

Bir müddət əvvəl Covid-19 yoluxan mərhum aktyor bir neçə bədii filmdə çəkilib. Həmçinin Türkiyənin tanınmış kuklaçı aktyorlarından biri hesab edilir.

Allah rəhmət eləsin!

GölgəGölgə

//Open.az

Vumart və Güvən reklamı Vumart Güvən