Ombudsman uşaq rəsm müsabiqəsi elan edir

 08:14 14.11.2020     59

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

Müəlliflər rəsmləri A3 formatda işləməli və aşağıdakı anket formasındakı məlumatları (iştirakçı haqqında qısa məlumat, əlaqə telefonları və bir ədəd 4x5 ölçüdə foto şəkil) dolduraraq rəsmlə birlikdə təqdim etməlidirlər.

Rəsm əsərləri 01 dekabr 2020-ci il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.

Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:

  • Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;
  • Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.

Bu ilki müsabiqəyə təqdim olunacaq rəsmlərdə torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mövzusuna müraciət edilməsini tövsiyə edirik.

İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra on gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.