Azərbaycan kitabı Avropanın ikinci ən böyük kitabxanasında...

 13:12 16.11.2020     130

Azərbaycanın nəşr etdiyi kitab dünyanın ikinci ən böyük kitabxanasında yayımlanıb.

Redaktor.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi ilə Almaniyanın “Lyrik Kabinett” Fondu arasında olan əməkdaşlıq çərçivəsində Mərkəzin 2015-ci ildə nəşr etdiyi və İngiltərənin paytaxtı Londonda geniş təqdimatını keçirdiyi müasir Azərbaycan şairlərinin poetik nümunələrinin toplandığı “Candles” – 101 verses (“Şamlar” – 101 şeir) kitabı Fondun kitabxanasına yerləşdirilib.

Qeyd edək ki, 1994-cü ildə yaradılan “Lyrik Kabinett” Fondu Avropanın poeziya üzrə ixtisaslaşmış ikinci ən böyük kitabxanasıdır. Kitabxanada dünya ədəbiyyatının ingilis və alman dilində nəşr olunan seçmə nümunələrindən ibarət xeyli sayda kitab, audio, video materiallar, ədəbi jurnallar və s. saxlanılır.

Keçid linki:

https://www.lyrik-kabinett.de/bibliothek/