“Qarabağ Azərbaycandır” mövzusunda sərgi - TÜRKİYƏ

 07:41 19.11.2020     383

İstanbulun ən işlək bölgələrindən olan İstiqlal prospekti və Galata körpüsündə “Qarabağ Azərbaycandır” mövzusunda zəfər sərgisi açılıb.

Redaktor.az xəbər verir ki, Beyoğlu bələdiyyəsi tərəfindən təşkil olunan sərgidə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalı soyqırımı, Qarabağ müharibəsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri və qələbə fotoşəkilləri nümayiş olunur.

Beyoğlu bələdiyyəsinin rəhbəri Heydər Əli Yıldızın təşəbbüsü ilə açılan sərgidə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının İstanbul üzrə rəhbəri Birol Gül, Azərbaycanın İstanbuldakı baş konsulluğunun vitse-konsulu Ramiz Hacızadə və digərləri iştirak edirlər.

Tədbirdə çıxış edən Heydər Əli Yıldız Azərbaycanın qazandığı tarixi Qələbənin onları qürurlandırdığını və qardaş Azərbaycanla eyni hissləri yaşadıqlarını bildirərək deyib: “Bu gün azərbaycanlı qardaşlarımızın apardığı haqlı mübarizəni və qələbəni özündə əks etdirən sərgi açırıq. Sərgidə nümayiş olunan şəkillər Xocalı soyqırımından başlayaraq qələbə ilə başa çatır. Oradakı qardaşlarımızın ağrılarını unutmayacağıq və hər zaman onlara xatırladacağıq. Bu sərgi ilə dünyaya göstərmək istəyirik ki, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq”.

Çıxış zamanı sərginin iki ölkə arasındakı qardaşlığın göstəricisi olduğunu bildirən Ramiz Hacızadə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşdığını, bundan sonra da belə davam edəcəyini vurğulayıb.

Sərgi noyabrın 20-dək davam edəcək.

İstanbulda “Qarabağ Azərbaycandır” mövzusunda zəfər sərgisi açılıbİstanbulda “Qarabağ Azərbaycandır” mövzusunda zəfər sərgisi açılıbİstanbulda “Qarabağ Azərbaycandır” mövzusunda zəfər sərgisi açılıbİstanbulda “Qarabağ Azərbaycandır” mövzusunda zəfər sərgisi açılıb