Mədəniyyət Nazirliyi: Xristian irsimizi tanıyaq

 23:48 19.11.2020     272

Mədəniyyət Nazirliyi  “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Elisey adına Alban-Udin kilsəsi haqqında qısa videoçarxı təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov “Twitter” hesabında yazıb.

“Xristian irsimizi tanıyaq” layihəmiz çərçivəsində Qəbələnin Nic qəsəbəsində yerləşən 19-cu əsrin Müqəddəs Yelisey Alban-Udi Kilsəsini təqdim edirik. 2004-cü ildə təmir edilmiş kilsə yerli, kiçik udi icması tərəfindən istifadə olunur”, - deyə A.Kərimov bildirib.