Bülbülün Şuşadakı ev muzeyində “Sənsiz” romansının ifası - VİDEO

 05:48 24.11.2020     316

Azərbaycanın Xalq artisti Samir Cəfərov Şuşada dahi müğənni, SSRİ Xalq artisti Bülbülün ev muzeyində olub. 

Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

O, Bülbülün güllələnmiş büstünün qarşısında Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin “Sənsiz” qəzəlinə bəstələdiyi eyniadlı romansını ifa edib. 

Qeyd edək ki, Bülbül həmin romansın ən mahir ifaçısı hesab olunur. \\Oxu.az