Məşhur aktyor son mənzilə yola salınıb -FOTO

 07:33 26.11.2020     402

Noyabrın 24-də vəfat edən türk aktyoru Devrim Parscan bu gün son mənzilə yola salınıb.

Redaktor.az xəbər verir ki, koronavirus səbəbindən dəfn mərasimində az sayda adam iştirak edib.

Zincirlikuyu Məzarlığında dəfn edilən mərhum aktyorun qardaşı Demir Parscan, böyük qardaşının ömrünün son illərinə qədər teatr, kino və dublyajda fəaliyyət göstərdiyini bildirib: 

"Əgər qardaşım bilmədən kiminsə qəlbini qırıbsa, üzr istəyirəm. Əslində yaxşı insan idi. Krallar kimi getdi..." deyib.

Qeyd edək ki, 83 yaşlı mərhum aktyor "Kurtlar Vadisi" serialında "Laz Ziya"nın köməkçisi Orhan obrazı ilə məşhurlaşıb.

Məşhur aktyor son mənzilə yola salınıbMəşhur aktyor son mənzilə yola salınıbMəşhur aktyor son mənzilə yola salınıb

\\Open.az