Ağdamda Xocalı ilə bağlı sərgi keçirildi - VİDEO

 16:35 28.11.2020     514

İşğaldan azad olunan Ağdam şəhərində məşhur fotoqraf Reza Deqatinin sərgisi keçirilib.

Redaktor.az xəbər verir ki, fotoqrafın səyyar sərgidə 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotolar təqdim olunub.

Fotoqraf Reza Deqati sərgidə 1990-cı illərin əvvəllərində Ağdamın Cümə məscidində çəkdiyi erməni vəhşiliyini əks etdirən fotoların tarixçəsi haqqında məlumat verib.

O bildirib ki, həmin dövrdə ermənilərin qətlə yetirdikləri insanları bu məscidə gətirirdilər. Fotodakı qadınlar məscidə gətirilən yaxınlarının meyitlərini axtarırdılar. //Oxu.az