Məşhur rəsm əsəri 1,18 milyon dollara satılıb

 09:15 05.12.2020     712

Pyer Ogüst Renuarın (1841-1919) "Kiçik rəssam" adlı rəsm əsəri "Christie's" hərracında 1,18 milyon dollara satılıb.

Redaktor.az xəbər verir ki, bu barədə hərrac saytının xəbərində deyilir.

Bildirilir ki, satış məbləği ilkin qoyulan qiymətdən təxminən iki dəfə çoxdur.

1907-ci ildə yazılan tablo Renuarın kiçik oğlu Klodun dəzgah qarşısında oturduğunu təfsir edir.

Hərrac evinin mütəxəssislərinin qeyd etdiyi kimi, üçüncü oğlunun dünyaya gəlməsi, o dövrdə 60 yaşında olan və "obrazını kətan üzərində çəkmək üçün uzun saatlar sərf edən" sənətçi üçün sevindirici bir hadisə idi. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən