Tanınmış rejissor koronavirusdan ölüb - FOTO
Cənubi Koreyanın tanınmış rejissoru Kim Ki Duk vəfat edib.
Redaktor.az-ın məlumatına görə, 59 yaşlı Kim Ki Duk Latviyada dünyasını dəyişib.
Rejissorun koronovirusdan öldüyü bildirilir.
Kim Ki Duk noyabrın 20-də Latviyaya gedib və dekabrın 5-dən heç kəslə əlaqə saxlamayıb.
Onun Latviyaya ev almaq və orada yaşamaq üçün getdiyi vurğulanır.













