Prezident Ramiz Rövşənə ev hədiyyə etdi

 18:36 15.12.2020     451

Prezident İlham Əliyev Xalq şairi Ramiz Rövşənə ev hədiyyə edib. 

Redaktor.az xəbər verir ki, “Real İntervu”ya danışan Ramiz Rövşən buna görə dövlət başçısına minnətdarlığını bildirib:

“Gözlənilməz hədiyyələr həmişə xoşdur. Mənzil də insanı sevindirən hədiyyədir. Amma mənim üçün ən böyük hədiyyə o Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. O hədiyyəni də mənə başda Ali Baş Komandan olmaqla Azərbaycan Ordusu bağışladı. Bu, mənim sənətimə edilən hörmət, verilən qiymətdir. Buna görə təşəkkür edirəm”. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən