Dünya şöhrətli aktyor vəfat edib
"Star Wars" trilogiyasında Boba Fett rolunu oynayan dünya şöhrətli ingilis aktyoru Ceremi Bulok 75 yaşında vəfat edib.
Redaktor.az-ın verdiyi xəbərə görə, aktyor uzun müddət parkinson xəstəliyindən əziyyət çəkib, cümə axşamı isə səhhətindəki ağırlaşmalar səbəbilə həyatını itirib. //Yenisabah.az












