Laçın mahnısı səslənən film mükafata layiq görülüb - ABŞ / VİDEO
ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun “Uğur böcəyi” qısametrajlı filmi mükafata layiq görülüb.
Redaktor.az xəbər verir ki, film ABŞ-ın Florida ştatının Kokobit şəhərində keçirilən “Çərçivənin 15 dəqiqəsi” film festivalında “Ən yaxşı sosial film” nominasiyasında qalib olub.
Autizm sindromlu uşaqlara həsr edilən filmdə Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun ifasında “Laçın” xalq mahnısı səsləndirilib.
Ətraflı Baku TV-nin süjetində://Oxu.az












