Azərbaycan əsilli aktyor vəfat edib

 20:20 31.12.2020     383

Azərbaycan əsilli fransız aktyor, rejissor, mədəniyyət xadimi Rober Hosseyn 93 yaşında vəfat edib.

Redaktor.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Hosseynin xəstəxanada həyatını itirdiyi bildirilir.

20-dən çox filmin müəllifi kimi rejissorluq fəaliyyəti ilə də məşğul olan Hosseynin sonuncu filmi “Məryəm adlı qadın” olub. Onun ən uğurlu tamaşası “Paris Notre Dame”dır.

1927-ci ildə Parisdə doğulan Hosseynin atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından olub. O, Oktyabr çevrilişindən sonra Fransaya mühacirət edib.

Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb. Paris həyatına qaynayıb-qarışmaqdan ötrü o, Andre Osseyn adı ilə çıxış eləyib. Əslən səmərqəndli, milliyətcə azərbaycanlı olan Əminulla Hüseynov sovet hakimiyyəti qurulduqdan sonra mühacir dalğasının vətəndən uzaqlara atdığı ziyalılardandır. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən