“Qremmi” təxirə salınıb
“Qremmi” mükafatlandırma mərasimi koronavirus infeksiyası səbəbindən təxirə salınıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Rolling Stone” jurnalı məlumat yayıb. Bildirilir ki, yanvarın 31-nə planlaşdırılan mərasim naməlum vaxta qədər təxirə salınıb.
Ehtimallara görə, təşkilatçılar mükafatlandırma gecəsini martda keçirməyi planlaşdırır. //Qafqazinfo












