Rusiyanın Xalq artisti vəfat edib

Rusiyanın Xalq artisti Valeri Xlevinski vəfat edib.
Redaktor.az xəbər verir ki, 78 yaşlı aktyorun vəfat xəbərini Çexov adına Moskva Bədaye Teatrından yayıblar.
Valeri Xlevinski 1943-cü il noyabrın 14-də dünyaya gəlib. Mərhum aktyor MXAT Məktəb-studiyasında təhsil alıb və bir müddət "Sovremennik" Teatrında çalışıb.
2001-ci ildə A. P. Çexov adına Moskva Bədaye Teatrının truppasına daxil olub.
Valeri Xlevinski ilə vida mərasimi yanvarın 11-də MXT səhnəsində olacaq. Rusiyanın Xalq artisti Troyekurov qəbiristanlığında dəfn ediləcək.
Mərhum aktyor onlarla filmlərdə rol alıb. Tamaşaçıların yadında isə "Böyük Tənəffüs" filmində ifa etdiyi obrazla qalıb.
//Open.az