Kann Kinofestivalının vaxtı dəyişdirilib

Koronavirus bəlasına görə daha bir dünya miqyaslı festivalın vaxtı dəyişdirilib.
Redaktor.az xəbər verir ki, Beynəlxalq Kann Kinofestivalının 2021-ci ilin yayında keçirilməsi qərarlaşdırılıb.
Mayın 11-dən 22-dək keçirilməsi nəzərdə tutulan Kinofestivalın vaxtı yenidən dəyişərək, 2021-ci ilin iyun və ya iyul ayının sonuna keçirilib. Hələlik dəqiq gün və tarix müəyyənləşdirilməyib.
Qeyd edək ki, pandemiya səbəbindən Berlin Kinofestivalı da fevral ayında deyil, mart və ya iyunda baş tutacaq. //Open.az