"Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" - MƏQALƏ

 13:16 11.01.2021     93

Təbrizin gündəlik “Saeb Təbriz” qəzeti Dövlət Tərcümə Mərkəzinin beynəlxalq aləmdə yayınlanması məqsədilə müxtəlif dillərdə hazırladığı “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” mətninə öz səhifələrində yer ayırıb.

Redaktor.az xəbər verir ki, 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc türk əhalisinə qarşı törədilən soyqırımın canlı şahidi olmuş böyük rus yazıçısı Lev Tolstoyun qızı Aleksandra Tolstoyanın xatirələrini əks etdirən material oxuculara Təbrizin tanınmış jurnalisti Qasım Türkanın ön sözü ilə təqdim edilib.