Aylin Özmenek vəfat edib

 03:50 12.01.2021     316

TRT-nin ilk aparıcılarından olan Aylin Özmenek koronovirusdan vəfat edib.

Redaktor.az xəbər verir ki, 79 yaşlı Aylin Özmenek Karşıyaka Məzarlığında dəfn edilib.

Aylin Özmenek 44 il "TRT Radyo 3"də aparıcı və diksiya müəllimi kimi fəaliyyət göstərib.

Mərhum aparıcının həyat yoldaşı, tanınmış jurnalist Varlıq Özmenek də 2020-ci ilin avqustunda vəfat edib. //Open.az