Azərbaycan mədəniyyətinə ağır itki - Koronavirusdab vəfat etdi...

 19:38 13.01.2021     840

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Redaktor.az xəbər verir ki, İ. Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub. 

İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. //APA