“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində qeyd ediləcək

 18:04 14.01.2021     287

“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında Mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, artıq İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib:

“Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".